COP29 : "Bakı restoranlarında xüsusi menyu olacaq"

      COP29   : "Bakı restoranlarında xüsusi menyu olacaq"
  15 Oktyabr 2024    Oxunub:710
“Gələn ay Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində paytaxtdakı restoranlarda xüsusi menyular tərtib olunub”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib:

"Bununla bağlı Milli Kulinariya Mərkəzi ilə birlikdə təlimlərə başlanılıb. COP29 çərçivəsində ölkəmizə gələcək qonaqlara həm milli mətbəximizi, həm də vegan və vegeterian menyularını təqdim etmək üçün işlər görülür".

Həmidə İbrahimova
AzVision.az



Teqlər: COP29   millimətbəx  





Xəbər lenti