Esvatininin Baş naziri "ASAN xidmət"də - FOTOLAR

Esvatininin Baş naziri "ASAN xidmət"də -  FOTOLAR
  15 Noyabr 2024    Oxunub:630
Esvatini Krallığının Baş naziri Rassel Mmiso Dlamini "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaq Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdədir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Baş nazir “ASAN xidmət” təcrübəsinin öyrənilməsində, burada həyata keçirilən yeniliklərin ölkəsində də tətbiqində maraqlı olduğunu bildirib. Bununla əlaqədar yaxın müddətdə anlaşma memorandumunun imzalanacağı diqqətə çatdırılıb.

Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olub.

AzVision.az

Qalereya




Teqlər: ASANxidmət   COP29  





Xəbər lenti