"Akkuyu"ya nüvə yanacağı yüklənib
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar sosial media səhifəsində “Rosatom” tərəfindən inşa edilən AES-də əsl nüvə yanacağının yüklənməsi ərəfəsində ilkin sınaq kimi xidmət edən bu vacib mərhələnin uğurla başa çatdığını elan edib. O deyib ki, məqsəd bu ilin sonuna qədər AES-də elektrik enerjisi istehsal etməyə başlamaq və Türkiyədə nüvə enerjisinin yeni bir dövrünə start verməkdir: "Biz təkcə “Akkuyu” AES-ə diqqət yetirməyəcək, həm də Türkiyənin enerji portfelinə kiçik modul reaktorlar, həmçinin Sinop və Trakyada tikməyi planlaşdırdığımız yeni atom elektrik stansiyalarını əlavə edəcəyik. 2050-ci ilə qədər Türkiyənin tam enerji müstəqilliyi hədəfinə doğru qətiyyətlə irəliləyəcək, o cümlədən nüvə enerjisi gücünü 20 min MVt-a çatdıracağıq”.
“Akkuyu” AES Rusiya və Türkiyə arasında sənaye əməkdaşlığının nümunəsidir. Seysmik cəhətdən təhlükəsiz Mersin vilayətində Rusiyanın müasir dizaynlı VVER-1200 reaktorları ilə dörd enerji blokunun tikintisi davam edir. AES-in layihə müddəti 60 ildir, bundan sonra isə daha 20 il uzadıla bilər. Layihə Türkiyə və Rusiya hökumətləri tərəfindən dəstəklənir.
“Akkuyu” AES Türkiyənin 10-dan çox bölgəsini, mülki və sənaye infrastrukturu da daxil olmaqla 12 milyondan çox istehlakçını elektrik enerjisi ilə təmin edəcək. Tam fəaliyyətə başladıqdan sonra bu AES Türkiyə iqtisadiyyatının ümumi elektrik enerjisi ehtiyacının 10 faizini təmin edəcək.
Teqlər: Akkuyu AES Nüvə Türkiyə







Vaxtında, Aydın, Lazımlı!


