Niyə “incə” kişilər dəbə minib? – ELMİ CAVAB

Niyə “incə” kişilər dəbə minib? – ELMİ CAVAB
  02 May 2013    Oxunub:2483
Son dövrlərdə qadınların güclü, brutal, “maço” kişilərə meylinin azalması və zərif, incə, “emo-boy” tipli kişilərə meyillənmələri müşahidə olunur. Bunun səbəbi nədir?
Ekspertlər bunu insanın bioloji növ olaraq təkamülündə yeni mərhələnin başlaması ilə izah edirlər. Bu, hamiləliyin planlı şəkildə idarə olunması mərhələsidir. Konkret olaraq söhbət kontraseptivlərin – hamiləliyə qarşı həblərin geniş miqyas almasından gedir.

Təkamül təlimi nöqteyi-nəzərindən, təbii seçim qanunu diqtə edir ki, dişi fərd (qadın) nəsil vermək üçün güclü, brutal kişini – “alfa-erkəyi” seçsin. Amma hamilə qalandan sonra orqanizmin hormonal fonu dəyişir və qadın öz yanında həssas, zərif, emosional kişi görmək istəyir.

Məsələ ondadır ki, kontraseptiv həblər qəbul edən qadınların bədəni hormonal fona görə özünü həmişə sanki hamiləymiş kimi qəbul edir. Son illərdə bu həblər geniş yayıldığından, yüz milyonlarla qadının kişi seçimilə bağlı zövqü də dəyişib.


Teqlər:





Xəbər lenti