Dövlət pensiyaları artırmağı dayandırsa... – TƏHLİL

Dövlət pensiyaları artırmağı dayandırsa... – TƏHLİL
  03 Noyabr 2014    Oxunub:4155
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bugünlərdə bildirdi ki, ölkəmizdə pensiyaların dövlət tərəfindən artırılmasına son qoyulacaq. Söhbət dövlət büdcəsi hesabına artımlardan gedir. Bizdə pensiya məbləğlərinin baza hissəsi hazırda dövlət büdcəsindən hər il DSMF-ə edilən transfert hesabına maliyyələşir ki, onun vaxtaşırı artırılması da bunun sayəsində həyata keçirilir.

Mehdiyev qeyd edib ki, ölkədə pensiyalarla bağlı dövlət büdcəsindən ayırmalara tədricən son qoyulacaq. Onun sözlərincə, pensiya sisteminin yalnız sığorta ödənişləri hesabına təşkil olunması istiqamətində aparılan islahatlar nəticəsində dövlət büdcəsindən asılılıq ləğv olunacaq və pensiya ödənişləri məhz bu mexanizm çərçivəsində həyata keçiriləcək. Çünki pensiya sahəsində büdcədən asılılıq SSRİ-dən qalma mexanizm sayılır.

Sual olunur ki, bu, mümkündürmü? Başqa sözlə desək, pensiyaların yalnız sosial sığorta ayırmaları hesabına maliyyələşdirilməsinə keçmək və mövcud pensiya məbləğlərinin məhz bu mexanizm çərçivəsində artırılması bizdə real ola bilərmi?

Təbii ki, bu, gec-tez baş tutacaq. Çünki inkişaf etmiş ölkərin demək olar, heç birində vətəndaşların pensiya təminatı onların dövlət büdcələrindən 1 faiz də olsa, asıılı vəziyyətdə deyil. Ancaq onların hər birində əmək haqqları yüksək səviyyədədir ki, hər bir işləyən şəxs özünün gələcəkdə pensiya təminatı məsələsini qabaqcadan könüllü şəkildə ödəniş etmək vasitəsilə müəyyən edir. Bizdə belə imkan varmı? Şübhəsiz ki, yox.

Əvvəla, Azərbaycanda əhalinin real pul gəlirləri müntəzəm olaraq artmaqda olsa da, onlara gələcəkdə özlərinin pensiyalarını təmin etmələri üçün kifayət səviyyədə deyil. Əksinə, bir sıra sahələrdə maaşlar elə həddədir ki, adi fiziki şəxslərdən gəlir vergisi və sosial ayırmalardan yayınmaq üçün bəhanə axtarılır ki, nəticədə bunlar gizlədilir. E. Mehdiyevin söylədiklərinə əsasən isə pensiyalar işləyən vətəndaşların hər ay maaşından ayrılan sosial sığorta yığımları (pensiya kapitalı) hesabına verilməli və artırılmalıdır. Yəni, bu sahədə dövlət büdcəsinin üzərinə düşən yük aradan qalxmalıdır.

İkincisi isə, bizdə fiziki şəxslərdən gəlir vergisi ilə sosial ayırmaların yükü “ağırlıq” təşkil edir. Belə ki, işəgötürənin əməkhaqqı fondundan 22, işçilərin isә maaşlarוndan 3 faiz sosial ayוrma tutulması böyük “yük” sayılır. Odur ki, sual edilir: bu cür normativ şəraitdə rüsum yığıldığı halda ölkə üzrə pensiyaları ödəmək mümkün deyilsə, dövlət büdcəsindən ayırmadan asılılığa necə son qoyula bilər?

Bunun üçün E. Mehdiyev qeyd edib ki, əsas diqqət iş yerlərində əmək haqlarının rəsmiləşdirilməsinə yönəldilib. O, əlavə edib ki, pensiya artımlarına nail olmaq üçün ilk növbədə ödənilən əmək haqlarının leqallaşdırılması və bu əsasda daha yüksək sosial sığorta haqlarının fərdi hesablarda qeydə alınmasına nail olmaq lazımdır.

Ancaq təkrar ediriik: maaşlar aşağıdır. Hər il bütün növ əmək pensiyalarının sığorta hissəsinin yanvarın 1-indən etibarən, əvvəlki il ərzində ölkədə qeydə alınmış inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılması, əhalinin pensiya gəlirlərinin bilavasitə adı çəkilən ödənişdən asılı olan hissəsinin sosial müdafiəsini gücləndirmək baxımından böyük əhəmiyyət kәѕb edir. Əvvəla ona görə ki, başa çatmış il ərzində ölkə üzrə istehlak qiymətlərinin artımı nəticəsində pensiyaların itirilən dəyəri bu yolla bərpa edilir, ikincisi də, ölkədə pensiya məbləğləri bir də bu yolla artırılır.

Qeyd edək ki, dövlət başçısının əmək pensiyalarının sığorta hissəsini indeksləşdirilməsi barədə Sərəncamlarına əsasən, əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş vermiş inflyasiyaya uyğun olaraq 2007-ci ilin yanvarın 1-dən 8,3 faiz, 2008-ci ilin yanvarın 1-dən 16,7, 2009-cu ilin yanvarın 1-dən 20,8, 2010-cu il yanvarın 1-dən 1,5, 2011-ci il yanvarın 1-dən 5,7, 2012-ci il yanvarın 1-dən 7,9, 2013-cü il yanvarın 1-dən 1,1, 2014-cü il yanvarın 1-dən isə 2,4 faiz artım tətbiq edilib.

Bəs, pensiyaların baza hissəsi - minimal məbləği necə artırılmalıdır?

Ölkədə ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi olaraq yaşa görə əmək pensiyasının baza hissəsi isə 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35, 2007-ci il yanvarın 1-dən 40, fevralın 1-dən 50, 2008-ci il yanvarın 1-dən 60, sentyabrın 1-dən 75, 2010-cu ilin sentyabrın 1-dən 85, 2013-cü ilin sentyabrın 1-dən isə 100 manat məbləğində müəyyən edilib. Və bunun nəticəsi olaraq da pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika üzrə artıb. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 29,8 manat olduğu halda, 1 yanvar 2007-ci il tarixə 41,1 manat, 1 yanvar 2008-ci il tarixə 62,9, 1 yanvar 2009-cu il tarixə 95,8, 1 yanvar 2010-cu il tarixə 100,4, 1 yanvar 2011-ci il tarixə 112,9, 1 yanvar 2012-ci il tarixə 145,1, 1 yanvar 2013-cü il tarixə isə 152,0 manat təşkil edib. Hazırda isə 172,2 manata çatıb. Nəticədə də yeni sistem fəaliyyətə başladığı dövrdən bəri əmək pensiyalarının minimum məbləği 4, orta aylıq məbləği isə 5,8 dəfə artıb.

Ümümiyyətlə, yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərməyə başladığı 2006-cı ildən indiyədək dövlət başçımız tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı 8 Sərəncam verilib. Bu müddət ərzində sığorta hissənin indeksləşdirilməsi ilə də bağlı eyni sayda müvafiq sənəd imzalanmışdır. Bununla yanaşı, əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün də ardıcıl qərarlar qəbul edilib. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbərliyi ölkədə pensiya məbləğlərinin yüksəldilməsini həmişə sosial sığorta daxilolmalarından asılı olduğunu deyir.

Düzdür, əmək haqqlarının leqallaşdırılması və işçilərin qeydiyyatının düzgün aparılmasından da çox şey asılı olduğu bildirilir. Əmək pensiyalarının sabit və dayanıqlı maliyyələsdirilməsi üçün şūbhәѕiz, bunlar vacibdir. DSMF-in gəlirləri sabit və artan tendensiya üzrə inkişaf etməlidir ki, həm mövcud pensiya məbləğləri vaxtında ödənilə bilsin, həm də bu sahədə artımı istənilən səviyyədə həyata keçirtmək mümkün olsun.

Ancaq Fondun büdcəsinə diqqət yetirsək, onun gəlirlərinin məcburi dövlət sosial sığorta haqqları, dövlət büdcəsindən transfert və sair hesablardan olmaqla, cəmi 3 hissədən ibarət olduğunu görərik ki, xərclər 7 istiqamətdə nəzərdə tutulur. Və büdcənin vəsaitinin əsas hissəsi - 1,78 milyard manatı məcburi dövlət sosial sığorta haqqları hesabına formalaşır. Sual olunur ki, belə şəraitdə pensiyaları istənilən vaxtda və səviyyədə artırmaq mümkündürmü? Sözsüz k, yox...

Odur ki, vəziyyətdən çıxış yolu sosial sığorta haqqlarını həm üfiqi, həm də şaquli istiqamətdə genişləndirməkdən və yaxud dövlət büdcəsindən transferti artırmaqdan keçir. DSMF-in 2014-cü il büdcəsində dövlət büdcəsindən transfertin məbləği 1,142 milyard manatdır ki, keçən il bu məbləğ 1,077 milyard təşkil edirdi. Transferti hər il artır. Növbəti ilin – 2015-ci ilin büdcəsinə əmək pensiyalarının maliyyələçdirilməsi üçün isə 1,100 milyard manat ayrılması nəzərdə tutulub.

Halbuki bu, düzgün deyil, o səbəbdən ki, əhalidən gəlir vergisi tutulmasından əlavə sosial sığorta haqqları da toplanırsa, DSMF-a ölkənin əsas maliyyə sənədinə transfert tədricən azaldılmalıdır.

“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkisafına dair Dovlət Proqramı”nda sosial sığorta daxilolmalarını yüksəltməyin, əmək haqqlarını leqallaşdırmaqla işçilərin qeydiyyatı sahəsində aparılan işləri səmərəli etməyin mühüm bir vәzifә olaraq qarşιya qoyulması da bunu ehtiva edir.

Xatırladaq ki, hәmin sənədə əsasən məcburi sosial sığorta ödəmələri üzrə real pay səviyyəsini işəgötürənlə işçi arasında hazırki 22+3 faiz nisbətindən 20+5 faizlə əvəz etmək nəzәrdә tutulur ki, ümumiyyətlə, 20+5 faiz nisbəti birincini ardıcıl azaltmaqla ikincini 12,5 faizə çatdıraraq hər ikisini bərabərləşdirmək planlaşdırılır. Halbuki, təkrar edirik ki, ölkədə əhalinin əksər hissəsinin aldığı əmək haqqlarının səviyyəsinə görə fiziki şəxslərdən gəlir vergisi ilə sosial ayırmaların mövcud səviyyəsi yüksəkdir.

E.Mehdiyev onu da qeyd edib ki, sosial sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi pensiya sistemində növbəti mərhələ üçün aparılacaq pensiya islahatlarının əsas istiqamətini təşkil etməklə işəgötürənlər üzrə əmək haqlarını daha yüksək məbləğdə rəsmiləşdirmələrinə maraq yaratmalıdır.

Ancaq bizcə, ölkədə ya maaşlar kəskin artırılmalı, ya da məcburi sosial sığorta haqqlarının yığım səviyyəsini qaldırmaq üçün digər növ vergi dərəcələri aşağı salınmalıdır ki, pensiyaları da istənilən səviyyədə artırmaq mümkün olsun. Üstəlik, ölkədə icbari tibbi sığorta sistemi də işə düşərsə işəgötürənlərə əlavə tibbi sığorta üzrə rüsumların da tədbiqi əmək haqqlarının leqalaşdırılması və müqavilələrin bağlanması tədbirlərinə mənfi təsir edəcək.

Bu sahədə bəzi detallar isə artıq, məlumdur. Belə ki, hökumət nümayəndələrinin bəzi açıqlamalarına görə, işəgötürənlər üzrə icbari tibbi sığortaya əməkhaqqı fonduna təqribən 2-2,5 faiz ödəniş tədbiq ediləcək ki, icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsinin üçüncü mənbəyi hesab olunacaq işçilərə isə maaşlarının təxminən 1-2 faizi qədər rüsum tədbiq olunacaq.


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər:





Xəbər lenti