“Bakı metrosu Avropa standartlarına yaxınlaşacaq” – Zaur Hüseynov

“Bakı metrosu Avropa standartlarına yaxınlaşacaq” – Zaur Hüseynov
  08 Noyabr 2014    Oxunub:3078
“Bakı Metropoliteni” QSC-nin əməkdaşları bu gün peşə bayramlarını qeyd ediblər.
Mərasim iştirakçıları Fəxri Xiyabana gələrək ümummili lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı üstünə əklil və gül dəstələri qoyublar.

Sonra tədbir “Bakı Metropoliteni” QSC-nin Texnoloji Korpusunda davam etdirilib. Bakı Metrosunun dünəni, bu günü və sabahı ilə bağlı hazırlanmış film nümayiş etdirilib. Mərasimdə“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov çıxış edərək metronun yaranma tarixindən danışıb. O,“Bakı Metropoliteni” QSC-nin bütün əmək kollektivi adından metropoliten işçilərinin fədakar əməyinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlığını bildirib.

2014-cü il fevralın 27-də Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradıldığını diqqətə çatdıran Zaur Hüseynov dedi ki, iki böyük müəssisənin vahid təşkilatda birləşdirilməsi yeraltı nəqliyyatımızın qarşısında böyük üfüqlər açıb. Qeyd edib ki,metronun əsas inkişaf mərhələsi ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə təsadüf edir. “Ulu Öndərin diqqət və qayğısı sayəsində 70-80-ci illərdə metro tikintisində böyük canlanma olub.Bu illərdə “Ulduz”,“Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Qara Qarayev”,“Neftçilər” ,“Nizami”,“Bakmil” stansiyaları istifadəyə verilib.Hələ SSRİ rəhbərliyində yüksək vəzifə tutduğu 1983-1987-ci illərdə də Heydər Əliyev Bakı Metropoliteninin tikintisini daim diqqətdə saxlayıb.Hazırda Bakı Metropoliteninin mövcud 23 stansiyasından 14-ü məhz Ulu Öndər Heydər Əliyevin Bakı metrosuna böyük diqqət və qayğısı nəticəsində inşa olunub.Ümummilli liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında paytaxtımızda metrotikintisi bu gün də ugurla davam etdirilir. 2011-ci ildə ölkə başçısının Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladıgı sərəncama əsasən“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə uyğun olaraq gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 119 km metro xəttindən ibarət olacaq. Yəni 53 yeni stansiya inşa ediləcək və 84,3km metro xətti çəkiləcək.Cəmiyyətin sədri QSC yarandıqdan sonra icrasına başlanılan layihələrdən, tətbiq olunan və nəzərdə tutulan texnoloji yeniliklərdən, sərnişinlərin rahat və təhlükəsiz daşınması üçün görüləcək işlərdən danışıb.Qeyd edib ki, Fransanın 3 şirkətilə imzalanan müqaviləyə əsasən müasir idarəetmə və işarəvermə sistemləri, yeni tunellərin tikintisi, həmçinin alınacaq yeni vaqonlarla yeraltı nəqliyyat Avropa standartlarına daha da yaxınlaşacaq. Digər çıxış edənlər “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov, Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Arif Mərdanov yeni yardılan cəmiyyətin üzərinə düşən vəzifələrdən danışdılar.Qonaqlar “Thales” şirkətinin Layihə Meneceri Gallet Francois və “Bouyges” kompaniyasının Beynəlxalq İnkişaf Departamentinin İcraçı Direktoru Jean Denys Arnal yardılan əməkdaşlıqdan razılıqlarını bilıdiriblər.

Tədbirdə peşə bayramı münasibəti ilə müəssisənin əməkdə fərqlənmiş bir qrup əməkdaşına Fəxri Fərman və qiymətli hədiyyələrə təqdim olunub.


Teqlər:





Xəbər lenti