“ASAN ödəniş” fəaliyyətə başlayacaq

“ASAN ödəniş” fəaliyyətə başlayacaq
  22 Dekabr 2014    Oxunub:1810
“ASAN ödəniş” sistemi yaxın zamanlarda fəaliyyətə başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə AzərTAc-a “ASAN xidmət”in strateji araşdırmalar və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov məlumat verib.

“ASAN ödəniş” inzibati cərimələrin elektron qaydada ödənilməsini təmin edən çoxfunksiyalı sistemdir. Bu sistem həm terminallar, həm internet, həm də mobil cihazlar vasitəsilə həyata keçiriləcək. Bir çox dövlət orqanlarının “ASAN ödəniş” sisteminə inteqrasiyası da nəzərdə tutulub.

Qeyd edək ki, “ASAN ödəniş” sistemi bu il fevralın 11-də dövlətimizin başçısının imzaladığı Fərmana əsasən hazırlanıb. Sistem vətəndaş ilə dövlət orqanı əməkdaşı arasında birbaşa təması istisna edir, şəffaflığı və operativliyi təmin edir, korrupsiya və digər mənfi halların qarşısını alır.


Teqlər:





Xəbər lenti