“Bu Ermənistanın ağır itkilər verməsinə səbəb olacaq” – Müdafiə Nazirliyi

“Bu Ermənistanın ağır itkilər verməsinə səbəb olacaq” – Müdafiə Nazirliyi
  04 Yanvar 2015    Oxunub:2284
Yanvar ayının 3-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri iri çaplı silahlar, tank əlehinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutublar.

AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyi bununla bağlı bəyanat verib:

“Müdafiə Nazirliyi birmənalı şəkildə bəyan edirik ki, kəndlərin və dinc əhalinin atəşə məruz qalması Azərbaycan tərəfini qəti surətdə bütün hərbi imkanlardan istifadə etməklə adekvat və sərt tədbirlər görməyə məcbur edir, bu Ermənistanın Silahlı Qüvvələrinin daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq, məsuliyyət isə tamamilə səbatsız erməni rəhbərliyinin üzərinə düşəcəkdir.

Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın düşməndən azad olunmasına tam hazırdır və bu haqq savaşında qalib gələcəyimizə əminik”.


Teqlər:  





Xəbər lenti