`Aşk kazandı` - Məşhurlar Elnur haqqında

`Aşk kazandı` - Məşhurlar Elnur haqqında
  19 Fevral 2015    Oxunub:8242
Möhtəşəm ifası ilə tamaşaçılar arasında böyük rəğbət qazanan Elnur Hüseynovun “O səs Türkiyə” yarışmasında qalib olması sosial şəbəkələrdə günün müzakirə mövzusuna çevrilib.

AzVision.az xəbər verir ki, bir çox məşhur sənətçilər və ictimai-siyasi xadimlər sosial şəbəkələrdə azərbaycanlı müğənninin qələbəsi ilə bağlı öz fikirlərini bölüşüblər.

Onlardan bir neçəsini təqdim edirik.

Millət vəkili Qənirə Paşayeva:

Təbriklər ELNUR! Təşəkkürlər Türkiyə! Aşk qazandı!

YAP-çı deputat Aydın Mirzəzadə:

“Afərin, Elnur. Gənc istedaımızın qələbəsi hamıızı ürəkdən sevindirdi, hamıya böyük bir ruh verdi. Bu Elnurun istedadının, musiqi duyumunun, səhnə mədəniyyətinin qələbəsi idi. Bu Azərbaycan mədəniyyətinin, Azərbaycan ruhunun qələbəsi idi. Bu Azərbaycan səsinin xaricdə də mənuniyyətlə dinlənməsinin qələbəsi idi. Bu ən əsası Azərbaycan-türkiyə birliyinin qələbəsi, azərbaycan-türk xalqlarının qardaşlığının, bir-birinə məhəbbbtəinin qələbəsi idi. Biz birilkdə güclüyük”.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov:

“Elnurun qələbəsi...

1. Bütün türk millətlərinə biz daxil səsinin qüdrətini sübuta yetirdi. əhsən və təbriklər!

2. Bunu qələbə adlandırmaq veriliş baxımından mümkündür, amma Elnurun qələbə meyarlarına görə ilk qələbəsi Azərbaycana avroviziya zamanı uğur gətirmək idi. O zaman Azərbaycan indi isə Elnur adına müsabiqəyə daxil olunmuşdu. Acun üçün Elnur güclü PR standartı idi.

3. O ki qaldı təmsilçiliyə, Elnur yetərincə vətənpər ruhlu çıxış edirdi hər dəfəsində. son çıxışları buna sübutdur.

4. Lamiyə məsələsinin unudulmasına səbəb olan Elnuru təbrik edirəm.

Politoloq Ərəstun Oruclu:

“Azərbaycan Eurovisionda qalib gələndə bir mütrüf teleekrandan deyirdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Görəsən, Elnur Türkiyədə mahnı müsabiqəsinin qalibi olmaqla kimin qisasını aldı?”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Razi Nurullayev:

“Türkiyənin TV8 kanalında yayımlanan "O səs Türkiyə” mahnı yarışmasında azərbaycanlı müğənni Elnur Hüseynov çempion oldu. Elnur Huseynovu təbrik edirəm. Çalışdım ki, onun çıxışlarını mümkün olduqca qaçırmayım. Çox gözəl səsi var. Həm də mədənidir. Azərbaycan adına layiqli hərəkətlər etdi.

"TV8” kanalında yayımlanan Acun İlıcalının aparıcısı olduğu səs yarışmasının münsiflər heyətində oturan və Elnura dəstək olan müğənnilər - Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuza da minnətdarlığımı bildirirəm.
Elnur, təbrik edir və sizə daha böyük sənət zirvələri arzu edirəm”.

Müğənni Xatirə İslam: “Elnur Huseynov, təbriklər. Allahım hər zaman səsi, sənəti, hər hansı peşənin olursa, olsun peşəkarının zəhmətini qiymətləndirsin. Bu arada Elnura orada ana, bacı olan Gunay Musayevaya təşəkkür edək. Onu tək buraxmadın, bravo, Günayım!”

Müğənni Sevda Yəhyayeva: “Təşəkkürlər Türkiyə. Elnuru seçdin deyə...”

Əməkdar artisti Tünzalə Ağayeva: “Elnurrr Bravoooo!!!! Təbriklər!!! Sən buna layiqsən”

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti