`Bilmirəm nə baş verir...` – Obama Nemtsov haqqında

`Bilmirəm nə baş verir...` – Obama Nemtsov haqqında
  03 Mart 2015    Oxunub:1975
ABŞ prezidenti Barak Obama bəyan edib ki, müxalifətçi Boris Nemtsovun öldürülməsi Rusiyada vətəndaş azadlığının pisləşməsinin göstəricisidir.
AzVision.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti “Reuters”ə istinadən xəbər verir.

“Mən nəyin baş verdiyini bilmirəm. Lakin mən bilirəm ki, Rusiyada mətbuat azadlığı, azad informasiya, vətəndaş hüquq və azadlıqları ilə bağlı vəziyyət 4,5 və ya hətta 10 il əvvəlindən pisdir”.

Qeyd edək ki, fevralın 28-i Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib.

Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Markin bildirib ki, Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Qatillərin tutulması ilə bağlı xüsusi əməliyyat planı hazırlanıb. Hadisə ilə bağlı Prezident Vladimir Putinə dərhal məruzə olunub. Bu barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Vladimir Putin qətli sifariş və təxribat xarakteri daşıdığını bildirib. Prezident B.Nemtsovun qətli ilə bağlı istintaq qrupu yaratmağı və baş vermiş cinayəti şəxsi nəzarətə götürməyi tapşırıb”.

Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Yelena Alekseyeva cinayətin baş verdiyi yerə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirildiyini diqqətə çatdırıb. Y.Alekseyeva jurnalistlərə bildirib ki, naməlum şəxslər ağ rəngli avtomobildən B.Nemtsova bir neçə dəfə atəş açıblar və o, hadisə yerində keçinib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti