Hara gedirsən, ay gəmi - VİDEO

Hara gedirsən, ay gəmi - VİDEO
  23 May 2013    Oxunub:2559
“Açığını deyim ki, mənə verdiyin bu şeirlər silsiləsini böyük qısqanclıqla oxudum. Çünki illər boyu gördüyüm bu olub ki, sən mənim şeirlərimi oxumusan. Özü də elə belə yox, əlində gitara. Su kimi müqaviməti yara-yara, haradansa uzaqlardan, dərinlərdən gələn o təsirli və xırıltılı səsinlə...”
Bu sözləri əməkdar artist Vidadi Həsənovun “Şair olmaq istəmirəm” kitabına ön sözündə şair Ramiz Rövşən yazıb.

Bir neçə gün öncə YUĞ- da baş tutan “Sərhəddə” tamaşasından öncə əməkdar artist sevimli şairin “Gəmi” şeirini gitarada, dərinlərdən gələn o təsirli səsi ilə oxudu...

Yosunları dərərsənmi,
Yosun köynək hörərsənmi
Xanımlara, xanımlara?

Leyla
Video: Elnur Muxtar / AzVision.az




Teqlər:  





Xəbər lenti