“ASAN xidmət”in əməkdaşlarına xüsusi imtiyaz veriləcək

“ASAN xidmət”in əməkdaşlarına xüsusi imtiyaz veriləcək
  24 May 2013    Oxunub:642
Dövlət rüsumunun 30 faizi “ASAN xidməti”nin hesabına köçürüləcək
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda yeni yaradılan “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması üçün onlara xüsusi güzəştlər verilməsi müzakirə olunub. AzVision.az xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, bildirib ki, bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 6.3-cü maddəsinə dəyişiklik təklif edilir.

Maddəyə edilən dəyişikliyə əsasən xidmət işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi “ASAN xidməti”nin hesabına köçürüləcək. Layihə səsə qoyularaq qəbul olunub

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti