Papanın planşetini satdılar – 30,5 min dollara

Papanın planşetini satdılar – 30,5 min dollara
  15 Aprel 2015    Oxunub:1378
Roma Papası Fransiskin planşeti Uruqvayda keçirilən hərracda 30,5 min dollara satılıb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Uruqvayın paytaxtı Montevideoda yerləşən “Kastells” hərrac evindən bildirilib ki, Papanın “İpad”nı alan şəxs onlarla telefon əlaqəsi yaradıb. O, öz adının açıqlanmasını istəməyib.

Məlumata əsasən, Roma Papası öz “İpad”nı Vatikanda keçirilən görüş zamanı uruqvaylı rahib Qonsalo Aemilisua bağışlamışdı. Planşetdə Fransiskin imzası da var. Planşetin satılması zamanı əldə olunan gəlir Uruqvayda kasıblar üçün nəzərdə tutulan məktəblərdən birinin hesabına yatırılacaq.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti