Rusiyadan ermənilərə ağır zərbə

Rusiyadan ermənilərə ağır zərbə
  18 Aprel 2015    Oxunub:3542
Rusiyanın Soçi şəhərinin rəsmi orqanları erməni icmasının uydurma “erməni soyqırımı”nın “100 illik yubileyi” ilə bağlı tədbirlər keçirməsinə icazə verməyib. Hüquq mühafizə orqanları bu cür tədbirləri şəhərdə ekstremizmin və terrorizmin təbliği kimi qiymətləndiriblər.
Bundan əlavə, yol kənarlarından uydurma soyqırımı ilə bağlı bannerlər yığışdırılıb, aprelin 18-də keçirilməsi nəzərdə tutulan anım mərasimi ləğv edilib.

Soçi Daxili İşlər İdarəsinin rəisi S.Oqurtsovun imzaladığı bildirişdə qeyd olunur ki, erməni diasporu qanunsuz aksiyalar keçirsə məsuliyyətə cəlb olunacaq.

Yeri gəlmişkən, 2011-ci ildə Soçi rəhbərliyi erməni diasporunu quldur erməni generalı Andranikin şəhərdə qanunsuz ucaldılmış heykəlini götürməyə məcbur etmişdi.


Teqlər:





Xəbər lenti