“Azad Azərbaycan” gözəli – FOTOSESSİYA

“Azad Azərbaycan” gözəli – FOTOSESSİYA
  18 Fevral 2013    Oxunub:4733
AzVision.az saytı unikal və maraqlı bir layihə təqdim edir – biz sizi Azərbaycan jurnalistikasının ən gözəl xanımları ilə tanış edirik. Gözəl olan onların təkcə qələmləri deyil!
On dördüncü qonağımız “Azad Azərbaycan” radiosunun proqram direktoru Aynur Hüseynzadədir.

Aynur Hüseynzadə 1990-cı ildə yazın ilk günü Xaçmaz şəhərində anadan olub. Ailənin böyük övladıdır, bir bacısı da var. 2007-ci ildə Bakı şəhərindəki 286 saylı orta məktəbi bitirib. Və elə həmin il uşaqlıqdan arzu etdiyi peşəyə sahib olmaq üçün Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub.
Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra, o “Azad Azərbaycan” radiosunda çalışmağa başlayıb. 2011-ci ilin dekabr ayından etibarən 106.3 FM-də redaktor vəzifəsində çalışır. 2013-cü ilin fevralın 1-dən isə radionun proqram direktorudur.
Radioda çalışa-çalışa o, həmçinin Orxan Fikrətoğlunun “Nə xəbər?” verilişi üçün sujetlər də hazırlayıb.
Elitar intellektual oyunun aparıcısı olmaq və şirniyyat evi açmağı çox arzulayır.
Həyat kredosu: “Qələbənin şöhrətini kimsəylə bölməyi sevmirəm!”

Qalereya




Teqlər:  





Xəbər lenti