`Qarabağ Üçün Oxu`nun tizeri yayıldı – VİDEO

`Qarabağ Üçün Oxu`nun tizeri yayıldı – VİDEO
  12 May 2015    Oxunub:14619
`Qarabağ Üçün Oxu` komandası layihənin yaxın günlərdə təqdim ediləcək ilk buraxılışının tizerini yayıb.

Qeyd edək ki, Qarabağ Üçün Oxu `Playing for Change` qlobal layihəsinin Azərbaycan versiyasıdır. Şüarı `Səslərimizi Qarabağ üçün birləşdirək!` olan layihənin reallaşması AzVision.az saytının təşəbbüsü ilə ötən ilin dekabrında başlayıb.

İlk buraxılışda 150 peşəkar və həvəskar musiqiçi iştirak ediblər. Onların arasında bütün ölkədə tanınan və sevilən ifaçılar, o cümlədən, xalq artisti Flora Kərimova da var.

Layihə iştirakçıları 3 mahnı ifa ediblər. Çəkilişlər Azərbaycanın 17 rayonunda aparılıb. Həmçinin 7 xarici ölkədən iştirakçılar da qatılıblar. Növbəti buraxılışlarda çəkilişlər ölkənin digər rayonlarında da aparılacaq.

Qeyd edək ki, layihənin rəhbəri AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov, bədii rəhbər və aranjmançı gənc müğənni Rəmal Rəsul, məsləhətçisi bəstəkar Tural Bakuvi, rejissoru Elvin Rüstəmzadə, montaj rejissoru Azər Həsənov, koordinatorlar Yaqub İlyasov və Gülsüm Məcidovadırlar.

AzVision.az




Teqlər:  





Xəbər lenti