“Əlimdən gələni edəcəyəm...” – Anar Məmmədov

“Əlimdən gələni edəcəyəm...” – Anar Məmmədov
  02 İyun 2015    Oxunub:3144
“Bu məsuliyyətli vəzifəni mənə həvalə etdiyi üçün Makedoniya və Azərbaycan hökumətinə, Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm”.
AzVision.az xəbər verir ki, bu fikirləri nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Garant Holding”in rəhbəri Anar Məmmədov deyib.

Bu yaxınlarda Makedoniya Respublikasının Azərbaycandakı fəxri konsulu təyin edilən A.Məmmədov Azərbaycan və Makedoniya arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə töhfə verəcəyini bildirib: “Makedoniya Respublikası Xarici İşlər Nazirliyi mənim Makedoniyanın Azərbaycan Respublikasındakı fəxri konsulu təyin edilməyim barədə qərar qəbul edib.

Mən, Makedoniyanın Azərbaycandakı fəxri konsulu kimi ölkələrimiz arasında iqtisadi, ictimai və mədəni sahələrdə əlaqələrin daha yüksək səviyyədə inkişaf etdirilməsi, xalqlarımız arasında mehriban dostluq münasibətlərinin daha yüksək səviyyəyə çatdırılması üçün səylərimi əsirgəməyəcəyəm”.

Qeyd edək ki, bir neçə gün öncə Anar Məmmədov Makedoniya Respublikasının Azərbaycandakı fəxri konsulu təyin edilib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti