`Məşəli aparanda qaçmayacağıq` – Alim Qasımov

`Məşəli aparanda qaçmayacağıq` – Alim Qasımov
  03 İyun 2015    Oxunub:13136
“Avropa Oyunlarının məşəlini İlhamə Quliyeva ilə yanaşı mən də daşıyacağam”
Bunu AzVision.az-a açıqlamasında Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov deyib.

Xanəndə bildirib ki, məşəli təkcə İlhamə Quliyeva deyil, bir çox sənət adamları daşıyacaq.

“Məşəli daşımaq üçün bir çox sənət adamlarına təkliflər göndərilib. Mənə də təklif edilib. Hələki bilmirəm Bakının hansı ərazisində məşəl daşıyacağam. Bu mənim üçün fəxrdir”.

A.Qasımov xalq artistləri Flora Kərimova və İlhamə Quliyeva arasında yaşanan məşəl qalmaqalına da münasibət bildirib. Qeyd edib ki, məşəl söhbəti onlar arasında bir zarafatır.

“Mən də məşəli aparanda qaçmayacağam. İri addımlarla aparacağıq. İlhamə xanım da yəqin ki məşəli qaçmadan iri addımlarla daşıyacaq. İnanmıram ki, İlhamə xanım o məşəllə Flora xanıma od vursun. Bütün bunlar bir zarafatır”.

Qeyd edək ki, İlhamə Quliyevanın Avropa oyunlarının məşəlini daşıması müəyyən söz-söhbətlərə səbəb olub. Həmkarı Flora Kərimova buna etiraz edərək bildirib ki, İlhamə Quliyevanın məşəl daşıması gülüncdür.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti