Avropanın oğurlanması – Sənədli film (VİDEO)

Avropanın oğurlanması – Sənədli film (VİDEO)
  05 İyun 2015    Oxunub:3808
Azad Azərbaycan Televiziyası (ATV) jurnalist Eynulla Fətullayevin “Qərib Qərb” ("Чуждый Запад") silsiləsindən olan “Avropanın oğurlanması” («Похищение Европы») adlı ilk filmini nümayiş etdirib.

Film islamofobiya problemlərinə - məscidlərə hücumlara, müsəlmanlara qarşı ayrı-seçkiliyə və Skandinaviya ölkələrində islam qismində düşmən obrazı yaradılması təşəbbüslərinə və cəhdlərinə həsr olunub.

Xatırladaq ki, E.Fətullayev ötən il əcnəbi ekspertlərin, jurnalistlərin və operatorların daxil olduğu müstəqil çəkiliş qrupu ilə ABŞ-ın, Almaniyanın, İsveçin, Danimarkanın, Norveçin və digər Qərb ölkələrinin insan haqlarının müdafiəsi ilə məşğul olan institutlarında olub və onların bu sahədəki fəaliyyətini araşdırıb. Jurnalist həmin araşdırmalarının nəticəsi olaraq 7 sənədli film hazırlayıb. İlk filmin tam versiyasını oxucularımıza təqdim edirik:




Teqlər:





Xəbər lenti