“ASAN xidmət”də yenilik

“ASAN xidmət”də yenilik
  22 İyun 2015    Oxunub:4577
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib edilməsi Qaydaları”nda dəyişiklik edib.
Dəyişiklik inzibati xəta törətmiş şəxslərlə bağlıdır.

Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatları real vaxt rejimində “ASAN ödəniş” sisteminə göndərəcək.
(Apa)


Teqlər:





Xəbər lenti