Azərbaycan silahları | `Mübariz` snayper tüfəngi

  13 İyul 2015    Oxunub : 20598
Azərbaycan silahları | `Mübariz` snayper tüfəngi
AzVision.az yeni rubrikasını təqdim edir: `Azərbaycan silahları`. Bu rubrikada sizi Azərbaycanda istehsal olunan silahlarla tanış edəcəyik.

Başlayaq “Mübariz” snayper tüfəngindən.

İST -12,7 “Mübariz” - 12,7 mm-lik iri çaplı yarımovtamat snayper tüfəngidir. İST -12,7 uzaq məsafələrə dəqiq atəş aparmaq üçün nəzərdə tutlmuş atıcı silahdır. Snayper tüfəngi bu döyüş tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub:

- Yüngül zirehli hədəflərlə (zirehli transportyor, piyadaların döyüş maşını və s.), pilotlu və pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq;

- 2000 m-ə qədər məsafələrdə yüngül sığınacaqlar arxasında qorunan, qısa müddətdə görünən, hərəkət edən və etməyən, açıq və maskalanmış hədəfləri məhv etmək;

- Mühəndis sursatlarını təhlükəsiz məsafədən məhv etmək;

- Döyüş, nəqliyat, rabitə, kəşfiyat, idarəetmə, kəşfiyyat vasitələrini, radiolokator və peyk rabitə sistemlərinin antenalarını, raket və artilleriya qurğularını, tankların xarici avadanlığını sıradan çıxarmaq;

- Sərhədlərə nəzarət etmək və su hövzəsi sahillərini kiçik gəmilərdən qorumaq.

Tüfəng müxtəlif istismar şəraitində - havanın 93-97% nisbi rütübətliliyində, ətraf mühitin +50c temperaturunda, yağış, toz və qar şəraitində etibarlı işləyir. O, tək-tək atəşin açılması üçün nəzərdə tutulub. Tüfəngin hədəfə tuşlanması optik və mexaniki nişangahlarla yerinə yetirilir.

Silahdan 12,7x108 mm-lik çaplı snayper, zirehdələn-yandırıcı (B-32 və BS), zirehdələn-yandırıcı-izburaxan (BZT-44) və adı təsirli yandırıcı gülləli (MDZ) patronlarla atəş açılır.

Taktiki-Texniki Göstəricilər:



Şahanə Rəhimli
Turan Ramazanlı

AzVision.az

Teqlər: