`Qarabağ üçün Oxu – 2`nin studiya yazılışları – Kadrarxası VİDEO

`Qarabağ üçün Oxu – 2`nin studiya yazılışları – Kadrarxası VİDEO
  13 Avqust 2015    Oxunub:9041
AzVision.az saytının təqdim etdiyi `Qarabağ üçün Oxu` layihəsinin ikinci buraxılışının studiya yazılışları davam edir.

İkinci buraxılışda `Qarabağ üçün Oxu` komandası iki mahnı ifa edəcək. Bunlar `Tut ağacı boyumca` və Polad Bülbüloğlunun reperturından olan `Aman-aman ayrılıq` mahnılarıdır. Hər kəs tərəfindən çox sevilən bu mahnılar birinci buraxılışda olduğu kimi, müxtəlif janrlar dəyişiklikləri və qeyri-adi aranjmanla dinləyicilərə təqdim olunacaqlar.

Qeyd edək ki, `Qarabağ üçün Oxu`nun layihə rəhbəri AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov, bədii rəhbəri gənc müğənni və aranjmançı Rəmal Rəsul, koordinatoru isə Yaqub İlyasovdur.

Layihənin ikinci buraxılışının oktyabr ayında hazır olacağı gözlənilir.




Teqlər:  





Xəbər lenti