“ASAN xidmət” dünyada liderdir

“ASAN xidmət” dünyada liderdir
  18 Avqust 2015    Oxunub:5337
Vətəndaşlara tez, daha keyfiyyətli və innovativ xidmətlər göstərən ölkələrin sihayısı açıqlanıb. AzVision.az vəbər verir ki, “"Pricewaterhouse Coopers" (PwC) şirkəti tərəfindən aparılmış "Dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi mərkəzinin müqayisəli təhlili" adlı araşdırmasına əsasən dünyanın yalnız bir neçə şəhərində vətəndaşlar “Bir Pənəcərə” sisitemi ilə rahat şəkildə və vaxt itirmədən istədikləri sənədləri əldə edə bilirlər.

PwC şirkətində dünyanın 18 iri şəhərlərində yerləşən və "bir pəncərə" prinsipi" ilə dövlət xidmətlərinin göstərildiyi çoxfunksiyalı mərkəzlərin (ÇFM) işini təhlil ediblər. Qiymətləndirmə dörd meyar (xidmətlərin əlyetərliyi, rahatlıq, növbələrin idarə olunması, əks əlaqə) üzrə aparılıb. Vətəndaşlarla dövlət qurumları arasında əlaqələri asanlaşdırmaq məqsədi ilə Bakı, Moskva, San-Paulo da yaradılan xidmətlər bütün ölkələri geridə qoyur.

Azərbaycanın paytaxtı Bakı şəhərində yaradılan “ASAN xidmət” dövlət tərəfindən təqdim edilən sənədlərin tez, rahat və keyfiyyətli formada vətəndaşlar tərəfindən alması baxımından liderlik edir. Bura eyni zmanda Moskva şəhəri də əlavə edilib. Bakıdan sonra isə digər pillələrdə London və Stokholm qərarlaşıb.

Bundan başqa qaynar xəttin fəaliyyəti və intenet vasitəsi ilə vətəndaşların müraciəti əsasında aparılan araşdırmada da “ASAN xidmət “ digər ölkələrdə fəaliyyət göstərən “Bir Pəncərə” sistemini geridə qoyur. Belə ki, telefon qaynar xətti hər bir şəhərdə mövcuddur, lakin operativ əks əlaqə pultları yalnız Sidney, Moskva, Helsinki və Bakıda fəaliyyət göstərir, mobil əlavə vasitəsilə fikir bildirmək imkanı Moskva, Berlin və Madriddə mövcuddur.

Qeyd olunub ki, Bakıda fəaliyyət göstərən mərkəzlərdə daim internetə açıq olan kompüterlərlə təchiz edilib. Burada vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. Aparılan araşdırma zamanı qurumların operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, etik davranış qaydalarına nəzarət və rahatlığı nəzərə alınıb.

Xatırladaq ki, araşdırma aşağıdakı şəhərlərdə aparılıb: Moskva (Rusiya), Madrid (İspaniya), San-Paulu (Braziliya), Berlin (Almaniya), London (İngiltərə), Seul (Cənubi Koreya), Sidney (Avstraliya), Amsterdam (Niderland), Toronto (Kanada), Afina (Yunanıstan), Astana (Qazaxıstan), Budapeşt (Macarıstan), Banqalor (Hindistan), Oklend (Yeni Zelandiya), Helsinki (Finlandiya), Stokholm (İsveç), Santyaqo (Çili), Bakı (Azərbaycan).

"Pricewaterhouse Coopers" (PwC) konsaltinq və audit sahəsində peşəkar xidmətlər təklif edən beynəlxalq şirkətlər şəbəkəsidir.


Teqlər:  





Xəbər lenti