“ASAN Səyyar” şimalda - FOTOLAR

 “ASAN Səyyar” şimalda - FOTOLAR
  12 İyun 2013    Oxunub:903
Quba, Qusar və Xaçmaz – “ASAN Səyyar” xidmətin artıq yeni ünvanı
AzVision.az xəbər verir ki, "ASAN Səyyar" xidməti artıq 10 iyun 2013 tarixindən etibarən Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzdən verilən məlumata görə, rayon sakinləri xidmətlərdən 25 iyun arixinədək istifadə edə biləcəklər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş iri həcmli xüsusi avtobuslar artıq səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayıblar.

Qalereya




Teqlər:  





Xəbər lenti