Elçibəy nə deyərdi? – KARİKATURA

Elçibəy nə deyərdi? – KARİKATURA
  21 Sentyabr 2015    Oxunub:32499
Əli Kərimli ilə Razi Nurullayevin davası getdikcə qızışır. Tərəflər bir-birlərini çox şeydə ittiham edirlər və onlardan biri də budur ki, Elçibəyin yolunu əslində kim davam edir? Çünki yolu davam edən kimdirsə, təbii ki, partiya da ona qalmalıdır.

Bu mübahisədə çox arqumentlər səslənir. Kirpi.info onları yuvarlaqlaşdıranda, təxminən belə bir mənzərə alınıb:

Kərimli:
- Kəs səsini! Elçibəy partiyanı mənə qoyub gedib!
Nurullayev:
- Özün kəs! Partiyanı sənə qoyubsa, üzvləri niyə hamısı mənimlədir?!

Amma mərhum Elçibəy də nəsə deyə bilsəydi, yəqin, belə deyərdi:
- İkiniz də kəsin! Dövləti dağıtdınız, partiyamı parçaladınız, heç olmasa ruhumdan əl çəkin!


Teqlər:  





Xəbər lenti