“Nemtsovun ölümü Rusiya üçün biabırçılıqdır” – Putin

“Nemtsovun ölümü Rusiya üçün biabırçılıqdır” – Putin
  29 Sentyabr 2015    Oxunub:2341
Rusiya lideri Vladimir Putin ABŞ telekanallarına müsahibəsində bildirib ki, siyasətçi Boris Nemtsovun Kreml yaxınlığında öldürülməsi bizim müasir tariximizdə biabırçı səhifədir”.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Cinayətkarlar tapılmalı və cəzalandırılmalıdırlar. Ola bilsin ki, bu dərhal baş vermir. Lakin bizdə bu cür başqa cinayətlər də var. İstintaq işinin uzun çəkməsinə baxmayaraq son nəticədə o, məntiqi sonluqla yekunlaşır. Jurnalistlərin ölümü də daxil olmaqla, insanların ölümü ilə nəticələn faciəli hadisələrə gəldikdə isə bu dünyanın bütün ölkələrində baş verir. Bu bizim ölkədə baş verdikdə isə biz cinayətkarların tapılması və cəzalandırılması üçün hər şey edirik”, - deyə prezident vurğulayıb.

Xatırladaq ki, bu ilin fevralın 28-i Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən açılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib. Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti