Bondun yeni filminin “soundtrack”i – VİDEO

Bondun yeni filminin “soundtrack”i – VİDEO
  05 Oktyabr 2015    Oxunub:3252
Britaniyalı müğənni Sem Smit (Sam Smith) “Youtube” kanalında “Agent 007” haqqında yeni filminin “Writing On The Wall” kompozisiyasının klipini yayımlayıb.
AzVision.az xəbər verir ki, klipdə yeni filmdən kadrlar - əsasən romantik səhnələr yer alıb.



“007: Spektr” adlanan filmin rejissoru Sem Mendesdir. Filmdə agent Bond rolunu son iki filimdə olduğu kimi Deniel Kreyq canlandırıb. Bundan əlavə filmdə Rori Kinnir, Ben Uişou, Reyf Fayns, Endryu Skott, Deyv Batista, Lea Seydu, Monika Belluçi və Kristof Vals çəkilib.

Qeyd edək ki, Bond haqqında sonuncu film “007: koordinatları “Skyfall” iki il əvvəl çıxıb və 1.1 milyard dollar yığaraq Franşizanın ən gəlirli filmi olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti