“ASAN Xidmət”in rəhbəri “Facebook”da vətəndaşlara cavab verəcək

  20 İyun 2013    Oxunub : 246
“ASAN Xidmət”in rəhbəri “Facebook”da vətəndaşlara cavab verəcək
Bununla bağlı Azərbaycan Prezidentinin rəsmi “Facebook” səhifəsində elan yerləşdirilib.

Azərbaycan prezidenti İlham Əliyev “Facebook” səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı verilən suallar cavablandırılacaq.

AzVision.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin rəsmi “Facebook” səhifəsində elan yerləşdirilib.

Elanda bildirilir:

Bu dəfə səhifənin qonağı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyidir.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların davamı olaraq yaradılan “ASAN Xidmət” Mərkəzləri ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir və idarəetmədə yeni yanaşma və metodlar tətbiq edir.

ASAN Xidmət Mərkəzləri öz fəaliyyətini operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurmaqla, mümkün korrupsiya və burokratik əngəllərin qarşısını alır.

Bir daha xatırladırıq ki, mövzuya aid olmayan, təkrarlanan və kənar məsələlərə bağlı suallar silinəcəkdir. İstifadəçiləri daha məsuliyyətli olmağa çağırırıq və mövzuya aidiyyəti olan sualları ünvanlanmağı xahiş edirik. Suallar iyun ayının 25-nə qədər qəbul olunacaq və tədricən cavablandırılacaq,

Teqlər: