Çoxuşaqlı analar daha tez pensiyaya çıxa biləcək

Çoxuşaqlı analar daha tez pensiyaya çıxa biləcək
  22 İyun 2013    Oxunub:1362
“ASAN xidmət”dən analara ASAN pensiya

AzVision.az-a “ASAN xidmət” Mərkəzindən verilən məlumata görə, 5 uşağı olan analar daha tez pensiyaya çıxa biləcəklər. Belə ki, 5 uşaq və daha artıq övladı olan analar 5 il daha tez pensiyaya çıxa bilərlər. Hər uşağa bir il güzəşt olunur ən azı 10 il staj tələb olunur.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti başladığı dövrdən bugünə kimi 150 mindən çox insana xidmət göstərilib. Hazırda 3 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir ki, bunun da 2-si Bakıda, 1-i isə Sumqayıtdadır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti