Klintonun `sağ əli` olan türk qadın – DOSYE

Klintonun `sağ əli` olan türk qadın – DOSYE
  23 Noyabr 2015    Oxunub:10563
Bir il sonra Birləşmiş Ştatlar 45-ci prezidentini seçəcək. Respublikaçılar və demokratlar arasında gedən gərgin seçki yarışında ikincilərin tanınmış siması Hillari Klintonnun şansı siyasi ekspertlər tərəfindən yüksək dəyərləndirilir. Xanım Klintonun seçki kampaniyasında prioritet qadınların cəmiyyətdə gücləndirilməsi, silahlanmaya qarşı mübarizə və təhsil siyasəti əsas bəndləri təşkil edir.

Öncə Hillari Klintonun əsas rəqibi kimi vitse-prezident Co Bayden göstərilirdi. Lakin Bayden oğlu xərcənq xəstəliyindən vəfat etdikdən sonra seçkiyə qatılmayacağını açıqladı. Beləcə, Klintonun şansı daha da yüksəldi. Onun kampaniyasını yönəldən isə türk diplomat qadın Özləm Dirazdır.

Özləm Diraz Dövlət Departamentində Klintona ən yaxın adamlardan biri kimi tanınır. O, həm də hazırda Amerikada Türkiyə-Amerika əlaqələri çərçivəsində lobbiçilik fəaliyyətində önəmli fiqur sayılır. O, ABŞ-ın Türkiyə ilə bağlı siyasətinə müəyyən mənada təsir göstərmə imkanına sahibdir. Üstəlik, ABŞ-ın sənət, iş və siyasət dünyasında çox sıx bağlantıları olan biri kimi də xarakterizə edilir.

2005-ci ildə Livanın paytaxtı Beyrutda baş nazir Rafiq Həririyə qarşı təşkil olunmuş sui-qəsd zamanı xanım Diraz da güllə yarası almışdı. Türk diplomat qadın 2007-ci ildə Birləşmiş Ştatların xarici işlər nazirliyindən ayrıldıqdan sonra 2008-ci ildə Salt Lake City bələdiyyəsinin rəhbəri Roki Andersonun sözçüsü vəzifəsini icra etmişdi. Özləm Diraz uzun müddət ABŞ-ın Yuta ştatında çalışıb və həmin şəhərdə güclü əhatəyə malik bir insan kimi qəbul edilir.

Hillari Klinton 2016-cı ildə Prezident seçiləcəyi halda, şübhəsiz ki, onun seçki kampaniyasına rəhbərlik edən Özləm Dirazı öz administraiyasına gətirəcək. Belə olduqda, bu həm Azərbaycana, həm də Türkiyəyə Vaşinqtonla daha effektiv dialoq qurmaqda yeni imkanlar aça bilər. Dirazın özü də ABŞ-ın növbəti prezidenti dönəmində Birləşmiş Ştatlarının Türkiyə ilə bağlı daha konstruktiv siyasət yeridəcəyini açıqlayıb.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti