Qanunsuz balıq ovuna qarşı reydlər başladı

Qanunsuz balıq ovuna qarşı reydlər başladı
  25 Noyabr 2015    Oxunub:1591
Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli qurumları tərəfindən həyata keçirilən davamlı tədbirlərə baxmayaraq balıq ehtiyatlarının qanunsuz ovlanmasının, satışının qarşısının alınması tamamilə mümkün olmamış və hələ də belə anoloji hallara yol verildiyi barədə siqnallar və şikayətlər daxil olur.
Nazirliyin mətbuat xidmətindən AzVision.az - a verilən xəbərə görə, su hövzələrində qanunsuz balıq ovunun qarşısının alınması və nəzarətin daha da gücləndirilməsi üçün həyata keçirilən mütəmadi tədbirlər çərçivəsində ETSN-də Xüsusi Komissiya yaradılıb və Komissiyanın tərkibinə Nazirliyin müvafiq qurumlarının əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələrinin, o cümlədən QHT təmsilçilərinin və həvəskar balıq ovçularının qatılması barədə qərar qəbul olunub. Bununla əlaqədar Nazirlik müvafiq normalar çərçivəsində balıq ovu ilə məşğul olan şəxsləri yaradılmış Komissiyanın işində aparılacaq yoxlamalarda iştirak etməyə dəvət edir.

Könüllülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı Qaynar xəttinə, həmçinin Ətraf Mühitin Mühafizəsi Departamentinə (012-537-21-86, 012-537-21-67) müraciət edə bilərlər.


Teqlər:  





Xəbər lenti