Sabunçu xəstəxanası polis nəzarətindədir - FOTO

Sabunçu xəstəxanası polis nəzarətindədir - FOTO
  28 Noyabr 2015    Oxunub:8834
Nardaranda baş verən silahlı insident zamanı xəsarət alanların yerləşdirildiyi Sabunçu 3 saylı şəhər klinik xəstəxananın girişində sıxlıq yaranıb. Buna səbəb isə xəstəxanaya daxil olmaq istəyən vətəndaşların ciddi şəkildə yoxlanmasıdır.
Xəstəxananın giriş qapısında 6-7 silahlı polis əməkdaşları xidmət aparır ki, onlar tibb ocağına girib-çıxanları ciddi şəkildə yoxlayırlar. İnsanların problemləri daha çox xəstəxanannın girişində yaşanır.

Çünki tibb müəsisəsinə girmək istəyənlərin bütün əşyaları yoxlanır və bu da xeyli zaman aldığı üçün xəstəxananın girişində basabas yaranır. Təbii ki, bu da, zaman-zaman hüquq-mühafizə orqanları əməkdaşları ilə mülki şəxslər arasında narazılığın yaranmasına səbəb olur.



Tibb müəsisəsinin giriş hissəsi ilə yanaşı ərtaf ərazilərdə də çoxlu polis əməkdaşları var. Bununla bərabər xəstəxananın ətrafında avtomobillərin saxlanılmasına da icazə verilmir.

Ona görə hazırda xəstəxanada Nardaranda baş verən insident zamanı xəsarət alanlardan neçəsinin müalicə edildiyini öyrənmək mümkün olmadı.

Diqqət çəkən digər məqam isə yeni gələn xəstələrin qəbul edilməməsidir. Hazırda xəstəxanaya yeni xəstələrin qəbuluna icazə verilmir.

Qeyd edək ki, bir neçə gün əvvəl günorta saatlarında Nardaranda Daxili İşlər Nazirliyinin əməkdaşları ilə islamçı ekstremistlər arasında atışma olub. Atışmada "Kalaşnikov" avtomatlarından və qumbaralardan istifadə edilib.Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Hadisə zamanı yaralananlar da olub. Onlar hazırda 3 saylı şəhər klinik xəstəxanasında müayinə edilir.

Qarşıdurma zamanı 4 yerli sakinin və 2 polis əməkdaşının həyatını itirməsi ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb. (Ans)



Teqlər:





Xəbər lenti