Ərdoğandan Putinə mesaj: `Çox məyus olduq...`

Ərdoğandan Putinə mesaj: `Çox məyus olduq...`
  29 Noyabr 2015    Oxunub:4123
“Türkiyə ilə Rusiya arasında baş verən hadisələrə görə məyusuq. İki ölkə bir-biri üçün əhəmiyyətlidir”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir şəhərində təşkil edilən mitinqdə deyib.

Ərdoğan oxşar hadisənin bir daha təkrarlanmayacağına ümid etdiyini bildirib. O, Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüfləndiyini diqqətə çatdırıb.

"Bu hadisə bizi çox məyus etdi. Rusiya ilə açıq qalan suallara bazar ertəsi Parisdə beynəlxalq iqlim sammitində cavab tapmaq olar. Ölkələr arasında soyuq münasibətdən heç bir tərəf sevinmir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti