Rusiya türk futbolçulara da qadağa qoydu

Rusiya türk futbolçulara da qadağa qoydu
  29 Noyabr 2015    Oxunub:2565
Rusiya ilə Türkiyə arasında gərginlik davam edir.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putinin qərarı ilə Türkiyəyə tətbiq edilən qadağaların siyahısı getdikcə artır.

Ərzaq, turizmlə yanaşı Moskva türk futbolçuların Rusiya klubları tərəfindən transfer edilməsini də yasaqlayıb.

Qeyri-rəsmi qərara əsasən Rusiya futbol klubları qış transfer pəncərəsində türkiyəli futbolçuları heyətlərinə qata bilməyəcəklər.

Bu barədə Rusiyanın idman naziri Vitaliy Mutko deyib.

“Əgər hər hansı bir klub qış transfer pəncərəsində heyətinə türkiyəli futbolçunu qatmaq istəsə, əminəm ki, onun heç bir şansı olmayacaq. Qabağa getmək lazım deyil, lakin siqnal artıq alınıb”, - nazir qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti