`Atam məni 10 min dollara satdı` - 12 yaşlı qızın etirafı

`Atam məni 10 min dollara satdı` - 12 yaşlı qızın etirafı
  30 Noyabr 2015    Oxunub:6180
Əfqanıstanın Faryab vilayətində polisə təslim olan 12 yaşlı kamikadze qızın etirafı hər kəsi şoka salıb.

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, 12 yaşlı terrorçu qız “Taliban”a ailəsi tərəfindən 10 min dollara satıldığını bildirib.

“Ailəm məni 10 min dollara satdı. Mən etiraz etsəm də, buna məhəl qoyan olmadı. Mənimlə birlikdə bir neçə qızı “Taliban”ın düşərgəsinə apardılar. Orada bizdən canlı bomba kimi istifadə edəcəklərini dedilər. Bir neçə ay təlimlər keçdilər. Orada mənim kimi onlarla uşaq var. Bizə deyirdilər ki, Allah yolunda ölsək, cənnətə düşəcəyik. Bildirirdilər ki, öldürəcəyimiz insanlar kafirdir, onların qanı halaldı. Təlimlər başa çatandan sonra mənə tapşırıq verildi ki, polis bölməsini partladım. Üzərimə partlayıcı maddələr yerləşdirib, hazır vəziyyətə gətirdilər. Amma mən qatil olmaq istəmədim, öz istəyimlə polislərə təslim oldum. Mənim kimi onlarla uşaq ailələri tərəfindən satılıb. Onları xilas edin, biz oxumaq, təhsil almaq istəyirik”.

Onun sözlərinə görə, terroçular satın aldıqları qızlara təcavüz edirlər: “Mənim kimi azyaşlı uşaqlar orada çoxdur. Qızlara təzavüz edirlər. Onlarla razı olmayan, etiraz edənləri anındaca güllələyirlər. Bizim ölkədə uşaqları pulla satırlar. Bizim qiymətimiz 10-15 min dollardır. Əfqanıstanda valideynlər öz uşaqlarını satıb pul qazanırlar. Onlar üçün bizim gələcəyimiz maraqlı deyil. Elə azyaşlı qızlar var ki, onları 70-80 yaşlı qoca kişilərə ərə verirlər. Biz buna etiraz edə bilmirik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti