71 yaşlı qadın qəzada öldü

71 yaşlı qadın qəzada öldü
  30 Noyabr 2015    Oxunub:1394
Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Ağdaş rayonu, Türyançay kəndində “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək daş hasara çırpılıb. Nəticədə bir nəfər vəfat edib vədeformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq 1944-cü il təvəllüdlü Quliyeva Südabə Qabil qızının meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Teqlər:





Xəbər lenti