Zakir Qaralov vətəndaşları qəbul edəcək

Zakir Qaralov vətəndaşları qəbul edəcək
  30 Noyabr 2015    Oxunub:1290
Baş prokuror Zakir Qaralov Xaçmazda vətəndaşları qəbul edəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il dekabrın 4-də saat 11:00-da Xaçmaz rayon prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xaçmaz şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti