“Davay dosvidaniya”nın müəllifləri ASAN-da

“Davay dosvidaniya”nın müəllifləri ASAN-da
  06 İyul 2013    Oxunub:803
Məşhur “Tı kto takoy, davay dosvidaniya” meyxanasının müəllifləri də ASAN xidmətdə olublar.
AzVision.az-a ASAN xidmət mərkəzindən verilən məlumata görə, meyxanaçı qardaşlar sürücülük vəsiqələrini dəyişdirmək üçün ASAN-a müraciət ediblər. Bundan başqa, məşhur müğənni Elnarə də sürücülük vəsiqəsini ASAN xidmətdə yeniləyib.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların davamı olaraq yaradılan "ASAN Xidmət" mərkəzləri ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir və idarəetmədə yeni yanaşma və metodlar tətbiq edir.

ASAN Xidmət mərkəzləri öz fəaliyyətini operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurmaqla, mümkün korrupsiya və burokratik əngəllərin qarşısını alır.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti