`ASAN könüllüləri`ndən növbəti tamaşa - FOTOLAR

`ASAN könüllüləri`ndən növbəti tamaşa - FOTOLAR
  05 Fevral 2016    Oxunub:2302
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “ASAN Könüllüləri” Təşkilatı və Bakı dövlət Universitetinin birgə təşkilatçılığı ilə “ASAN könüllüləri”nin 2 Fevral – “Gənclər Gününə” həsr olunmuş konserti keçirilib.
Bakı Dövlət Universitetində baş tutan konsert proqramında 5 saylı “ASAN xidmət” mərkəzinin istedadlı könüllüləri öz bacarıqlarını nümayiş etdirib. Tədbirdə İlk öncə “Gənclər Günü”nün tarixi haqqında geniş məlumat verilib, “2 fevral” - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncamın əhəmiyyətindən danışılıb.

Daha sonra tədbirin bədii hissəsinə start verilib. Bədii hissədə istedadlı könüllülər tərəfindən “Bəyin oğurlanması” filminin ən maraqlı səhnələri canlandırılıb, xalq və bəstəkar mahnıları ifa edilib, multikultiralizm nümunəsi olaraq dünya xalqlarının rəqslərindən ibarət kompozisiya nümayiş etdirilib, dostluq, birlik, sevgi mesajı ifadə edən pantomim tamaşası izləyicilərə təqdim olunub.

Tədbirin sonunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev bütün gəncləri 2 Fevral-Gənclər Günü münasibətilə təbrik edərək bildirib ki, Könüllülərin bütün sahələrdə nəzərə çarpan fəaliyyəti sevindirici haldır. Elvin Paşayev gənclərin intellektual səviyyələrinin yüksəldilməsində elm, təhsillə yanaşı zəngin mədəniyyətimizin də xüsusi önəm daşıdığını vurğulayıb, Könüllülərə bu təqdirəlayiq fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, konsertin əsas məqsədi yaradıcı və istedadlı könüllüləri üzə çıxarmaq, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarını artırmaq və asudə vaxtlarının səmərəli təşkil edilməsinə, şərait yaratmaqdır.

Qalereya




Teqlər:





Xəbər lenti