ASAN Xidmət bu gündən İsmayıllıda

ASAN Xidmət bu gündən İsmayıllıda
  18 İyul 2013    Oxunub:1228
İsmayıllı rayonun sakinləri ASAN xidmətindən yararlana biləcəklər.

Bu barədə AzVision.az-a ASAN Xİdmət Mərkəzindən məlumat veriblər. Bildiriblər ki, 18-29 iyul tarixində İsmayıllı rayonunun ümumi sayı 80000-dən çox olan sakini ASAN Səyyar Xidmətdən yararlana biləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi qısa bir zamanda "ASAN xidmət" şəbəkəsinin ölkəmizin bütün ərazisini əhatə etməsi məqsədilə dövlət xidmətlərinin yeni formada təqdim edilməsini təşkil etməkdədir.

Səyyar şəkildə göstərilən xidmətlərAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlərNazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

Sürücülük vəsiqələrinin dəyişdirilməsi

Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi

Əmək pensiyalarının təyin edilməsi

Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

“Səyyar xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti