Ermənilər səngər düzəltmək üçün şin toplayır – ARAŞDIRMA, FOTOLAR

Ermənilər səngər düzəltmək üçün şin toplayır – ARAŞDIRMA, FOTOLAR
  09 Aprel 2016    Oxunub:8686
Atəşkəsin dayandırılması haqqında tərəflər arasında baş tutan razılaşmalar, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar, o cümlədən, Rusiya, İran və Azərbaycan üçtərəfli görüşlərinin keçirilməsinə baxmayaraq, Ermənistan tərəfi öz mövqeyindən çəkilmir, əksinə, azad edilmiş torpaqlara yeni hücumları təşkil edir.

Bu gün mediada yayılan fotolarda geriyə çəkilən erməni qüvvələri yeni səngərlər qazır, sanki bir növ yeni döyüş üçün hazırlıq tədbirləri görürlər. Artıq Ermənistanın öz daxilində də küçə-küçə qazılan səngərlərin möhkəmləndirilməsi üçün yeni kampaniya başladılıb.

Düşmən yazır:

“Diqqət!!
Sərhəd səngərlərinin əlavə olaraq gücləndirilməsi üçün, Globbing və “Vətən qapıları” QHT-si şinlərin toplanmasına başlayır. 09.04.16 tarixində avtomobil şinlərinin toplanması məqsədilə, bu həftə bu ərazilərdə olacağıq:
✔Gümrüdə- 10:00-12:00, məhəllə 58, P. Sevak küçəsi (Ani Fotoservisin həyəti)
✔ Spitakda- 14:00-16:00, Alek Manukyan 15 (Mərkəzi Meydan yaxınlığında)
✔Vanadzorda- 18:00-20:00, Moskovyan 50/2, (Mərkəzi avtovağzalın qonşuluğunda)
✔İrəvanda təkərlərin toplanış yeri və vaxtı əlavə olaraq bildiriləcək

Qeyd: İrəvanda təkərlərin toplanması bu bazar günü - 10.04.16, saat 11:00-20:00 `Qələbə bağı` girişinə yaxın ərazidə baş tutacaq.

İstədiyiniz halda bizə məktubla telefon nömrənizi göndərin və biz sizinlə əlaqə yaradacağıq. Xahiş edirik, şəxsi məlumatları şərhlərdə qoymayın, burada yalnız miqdarını və yaşayış yerini yazın”.




Kampaniyanı başladan qurumlardan biri `Globbing` adlı beynəlxalq şirkətdir. Araşdırma zamanı Globbing şirkəti haqqında lazımı məlumatları əldə edə bildik. Belə ki, təşkilat öz haqqında bu şəkildə məlumat verir:

“Globbing bir sıra xidmətləri və vasitələri olan beynəlxalq alış-veriş platformasıdır. Ermənistanda beynəlxalq mağazalardan sürətli, təhlükəsiz, əlverişli satınalma imkanı yaradır. ABŞ-da qurulub, 50 nəfərlik beynəlxalq komandanın beş ölkədə anbarları, ofisi və Ermənistanda baş ofisi var.

Deməli, ABŞ da yerləşən Erməni lobbisinin quraması olan bu şəbəkə üzdə alış-veriş obyektidir. Ermənistana istənilən növ əşyaların çatdılması ilə məşğul olur ki, bu da onun qeyri-leqal fəaliyyətlərini pərdələyir. Şəbəkənin ABŞ, Avropa və Ermənistandakı ünvanlarına nəzər salaq:

• Ermənistan həmkarlığı 27 N. Tigranyan, Yerevan 0014
• ABŞ bazası (ünvan 950 Ridge Road, Claymont, DE 19703 Unit C 25)
• Avropa bazası (Çexiya Táboritská 464/10 130 00 Prague)
• Rusiya bazası (st.Ryabinovaya 38B Building 6, office 10 Moscow, RF)
• Ermənistanda satış obyekti (Mashtoc ave, 43 bld 34th area, Yerevan, 0009)
• ABŞ-da qeydiyyat ünvanı (16192 Coastal Highway, Lewes, Sussex County, 19958)
• ABŞ-da faktura ünvanı (13300 Victory Blvd, Apt 180 Van Nyus, California, 91401)


Şəbəkə öz məqsədlərini bu şəkildə açıqlayır: “Globbing yeni ticarət mədəniyyəti yaradacaq, sərhədlər, hüdüdlar və məhdudiyyətlər tanımayacaq, insanlara öz şərtləri ilə mağazalarda sərbəstlik verəcək”.

Həqiqətən də, `Globbing` ticari sahədə o qədər “sərbəst”dir ki, proseslərin bu şəkildə dərinləşdiyi bir zamanda, qanunsuz fəaliyyətdə olan ərazilərə daşıma həyata keçirir. Beynəlxalq səpkidə fəaliyyət göstərən bu şəbəkə əslində indiyə qədər lobbinin üzdə görsənməyən “qara” əməliyyatlarını idarə edib. Bunu onun hazırda qanunsuz, heç bir dövlət tərəfindən tanınmayan seperatçı qrumun hərbi məqsədləri üçün daşıma həyata keçirməsi də sübut edir.

Yuxarıda göstərilən “Vətən qapıları” adlanan Qeyri-Hökümət Təşkilatı isə zaman-zaman Ermənistan-Azərbaycan sərhəd xətlərində, o cümlədən, işğal edilən Qarabağda sosial, mədəni və təhsil sahəsində layihələr həyata keçirib. Təşkilatın sədri Arman Hayrapetyan 2015-ci ildə baş verən hadisələrlə bağlı Qırmızı Xaç vasitəsilə Beynəlxalq təşkilatlardan adekvat reaksiyanı gözləməyin mənasız olduğunu bildirirdi.



Maraqlıdır, biri beynəlxalq alış-veriş şəbəkəsi, digəri isə sosial, mədəni və təhsil sahəsində layihələr həyata keçirən QHT, Qarabağda erməni əsgərlərinin daha da möhkəm dayanması üçün şin daşınmasına daxil olublar. Düşünürəm ki, lazımi tədbirlər görülməli, düşmənə qarşı əsaslı cavablar verilməlidir. Məsələ təkər məsələsi deyil.

Şahin Qocayev
AzVision.az üçün


Teqlər:





Xəbər lenti