Miss-Media | Əsgər və kukla Xanım – FOTOSESSİYA

  18 İyul 2013    Oxunub : 6994
Miss-Media | Əsgər və kukla Xanım – FOTOSESSİYA
AzVision.az saytı unikal və maraqlı bir layihə təqdim edir – biz sizi Azərbaycan jurnalistikasının ən gözəl xanımları ilə tanış edirik. Gözəl olan onların təkcə qələmləri deyil!
Növbəti qonağımız ANS və Xəzər telekanallarından tanıdığınız Xanım Dadaşovadır.

Xanım Natiq qızı Dadaşova 1985-ci il mayın 6-da Bakı şəhərində anadan olub. Uşaqlıqdan arzusu aktrisalıq olub, ancaq ailəsi bu arzusuna qarşı çıxıb.
Valideynləri onu həkim görmək istəyirmiş. Beləliklə, o da Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub: “Təhsilimi başa vurduqdan sonra tibb klinikalarında çalışmağa başladım. Ancaq mikroskop altında qocalmaq mənlik deyildi. Buna görə də, CV-mi televiziyalara təqdim etdim. Bu sahə üzrə işə başladım və ANS-in “Dəyər” verilişinin aparıcısı oldum. Daha sonra Xəzər TV-nin “Mənim evim” verilişinin dizayn və təmir rubrikasını apardım”.

Təqdim etdiyimiz fotosessiyada aparıcı xanım iki obrazı canlandırıb: əsgər və “Barbie” gəlinciyini.

Xanımın ən böyük arzusu dünya turuna çıxmaq, ən qorxduğu şey insan ölümün şahidi olmaqdır.
Özü haqqında belə deyir: “Xaraktercə səbirsiz, məqsədyönlü, ürəkli və qorxmazam”.

Fotolar: Kəmalə HÜSEYNOVA
Çəkilişin təşkilində göstərdiyi köməyə görə `Azaliya` gözəllik salonuna təşəkürümüzü bildiririk!
Saç: Səadət
Vizaj: Katya

Foto


Teqlər: