`Azərbaycanın İnnovativ İnkişafı` mövzusunda seminar keçirilib - Fotolar

`Azərbaycanın İnnovativ İnkişafı` mövzusunda seminar keçirilib - Fotolar
  18 Aprel 2016    Oxunub:1985
Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə “ASAN xidmət” və Sabirabad Rayon İcra Hakimiyyətinin işçi heyəti iştirak edib.

Seminarı Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Siyasi araşdırmalar institutunun direktoru, millət vəkili prof. Elman Nəsirov, Elmi-Təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dos. Rəcəb Rəhimli aparıblar.

Qeyd edək ki, 31 yanvar 2013-cü il tarixində Dövlət İdarəçilik Akademiyası ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu günə kimi memorandum sayəsində “İnnovativ idarəetmə görüşü”, “İ-club”, müxtəlif layihə və tədbirlər həyata keçirilibdir. Baş tutan seminar isə bu əməkdaşlığın daha da genişləndirilməsi məqsədi daşıyır və bütün “ASAN xidmət” mərkəzlərində keçirilməsi nəzərdə tutulub.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti