ASAN Lökbatan sakinlərinə xidmət edir - FOTOLAR

ASAN Lökbatan sakinlərinə xidmət edir - FOTOLAR
  04 May 2016    Oxunub:2143
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “ASAN xidmət” mərkəzinin təsis edilmədiyi regionlarda əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.
AzVision.az xəbər verir ki, “ASAN xidmət” mərkəzinin müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusları Qaradağ rayonunun Lökbatan qəsəbəsindədir. Mərkəzin əməkdaşları Lökbatan qəsəbəsinin sakinlərinə 5 dövlət orqanına aid hüquqi və yardımçı xidmətlər göstərir.

Sakinlər daha çox şəxsiyyət vəsiqələrinin və ümumvətəndaşlıq pasportlarının alınması və dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların alınması, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri və mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət edirlər.

Yerli sakinlər operativlik, şəffaflıq, nəzakətlilik prinsipləri üzərində qurulan xidmətlərdən razılıqlarını bildirirlər.

Səyyar ASAN xidmət may ayının 16-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsində (Sədərək Ticarət Mərkəzinin qarşısı) sakinlərə səyyar formada xidmət göstərəcək.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti