​Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq

  04 May 2016    Oxunub : 668
​Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

AzVision.az-ın məlumatına görə, qarşılaşmalar Masazırda və Qəbələdə baş tutacaq.

Saat 16:00-da "Qəbələ" Bakının "Neftçi" klubunu qəbul edəcək. Paytaxtda keçirilmiş ilk oyunda 1:1 hesabı qeydə alındığından, meydan sahiblərinə qələbədən əlavə qolsuz bərabərlik də sərf edir. "Ağ-qaralar" isə finala yüksəlmək üçün səfərdən ya qələbə, ya da böyük hesablı bərabərliklə dönməlidirlər.

Saat 19:00-da isə Bakının "İnter" klubu səfərdə "Qarabağ"la qarşılaşacaq. Oyun Abşeron rayonunun Masazır qəsəbəsindəki "Əlincə Arena"da keçiriləcək. "Qarabağ" ilk oyunda rəqib qapısından 4 cavabsız top keçirdiyindən meydana daha rahat çıxacaq.

Kənan Məmmədov
AzVision.az

Teqlər: