Google televiziyalarla rəqabətə hazırlaşır - VİDEO

Google televiziyalarla rəqabətə hazırlaşır - VİDEO
  26 İyul 2013    Oxunub:833
Google şirkəti “YouTube” videohostinq saytını inkişaf etdirmək niyyətindədir. Google-un rəhbərliyi onu sadəcə videoların yükləndiyi bir sayt kimi görmək istəmir.
“The Financial Times”ın araşdırmalarına görə, Google hazırda televiziyalarla rəqabətə girmyə hazırlaşır. Ötən il şirkət Los-Ancelesin kino sənayesi rayonlarının birində 3800 kvadratmetrlik iri bina icarəyə götürüb. Hazırda Google orada “YouTube Space” adlı pulsuz stusiya açmaq üzərində işləyir. İstəyən şəxs gəlib orada videolarını çəkə bilər. Bir şərtlə ki, onun kanalının ən azı 10 min abunəçisi olmalıdır. Bundan başqa digər tələblər də var.

Bu tələblərə cavab verənlər pulsuz studiyada peşəkar avadanlıqdan, yaşıl fondan, qrim otaqlarından və digər imkanlardan istifadə edə biləcəklər. Gələcəkdə belə studiyalar digər iri şəhərlərdə də peyda olacaq. Bu yanaşma Google-un ənənəvi biznes-modeli ilə tam yğunluq təşkil edir.

AzVision.az




Teqlər:  





Xəbər lenti