Erməni general və iki polkovnik həbs edildi

Erməni general və iki polkovnik həbs edildi
  31 May 2016    Oxunub:3260
Aprel döyüşlərindən sonra vəzifələrindən azad olunan Ermənistan Silahlı Qüvvələrinin Silahlandırma İdarəsinin rəisi, general Melsik Çilingəryan, polkovniklər Armen Markaryan və Mqer Papyan həbs edilib.

AzVision.az xəbər verir ki, bunu Ermənistanın İstintaq Komitəsinın rəhbəri Sona Truzyan deyib. O, qeyd edib ki, həbslər iki müxtəlif cinayət işinin istintaqı çərçivəsində həyata keçirilib:

“Söhbət aşağı keyfiyyətli malların alınması, bəzi hallarda şişirdilmiş qiymətə alınması faktları ilə bağlı qaldırılmış cinayət işlərindən gedir”.

Qeyd edək ki, mayın 18-də Ermənistan silahlı qüvvələrinin polkovniki David Abrahamyana vəzifəsindən sui-istifadə ettmə maddəsi ilə cinayət işi açılıb. İstintaq Komitəsinin məlumatına görə, onun qarşında ittihamlar irəli sürülüb. Ermənistanın Müdafiə Nazirliyinə dəymiş ziyanın tam ödənilməsi tələb olunur.

Bundan əlavə aprel döyüşlərindən sonra Ermənistan Müdafiə Nazirliyinin üç generalı işdən qovulub. Buna səbəb isə 4 günlük hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun verdiyi itkilər, habelə ordunun təchizatı ilə bağlı üzə çıxan acınacaqlı vəziyyətdir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti