ASAN-dan yeni rekord - 10 milyon oldu (FOTOLAR)

ASAN-dan yeni rekord - 10 milyon oldu (FOTOLAR)
  10 İyun 2016    Oxunub:4912
Bu gün “ASAN Xidmət”də 10 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb.

AzVision.az-ın məlumatına görə, Ağdam rayonundan məcburi köçkün olan və hazırda Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan 14 yaşlı Arzu Əliyeva 5 saylı “ASAN Xidmət” mərkəzinə müraciət edərək “ASAN xidmət” Mərkəzlərindən yararlanan 10 milyonuncu vətəndaş olub.



Arzu Əliyeva valideyni ilə birlikdə şəxsiyyət vəsiqəsinin alınması üçün “ASAN xidmət”ə müraciət edib.

Bundan başqa “ASAN Xidmət” Arzu Əliyevanın ən böyük arzusunu yerinə yetirərək onu müğənni Röya Ayxanla görüşdürüb.



“5 saylı ASAN Xidmət” mərkəzində baş tutan mərasimdə Röya Ayxan Arzu Əliyevaya şəxsiyyət vəsiqəsini təqdim edib. Eyni zamanda A.Əliyavaya “ASAN xidmət” adından təşəkkürnamə təqdim edilib.

A.Əliyevanın anası Nurqələm Əliyeva "ASAN" Xidmətə yaratdığı şəraitə görə təşəkkür edib.

Qeyd edək ki, Arzu Əliyeva Qayğı İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daum sindromlu uşaqların reabilitasiya mərkəzində təhsil alır.









Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti