Sabah leysan yağacaq, dolu düşəcək

Sabah leysan yağacaq, dolu düşəcək
  02 İyul 2016    Oxunub:1979
Bakıda və Abşeron yarımadasında bazar günü hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 26-30, Bakıda gecə 21-23, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında iyulun 3-də bəzi yerlərdə şimşək çağacaq, arabir yağış yağacaq. Yağıntı bəzi yerlərdə yeysan xarakterli olacaq, dolu düşəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-34, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti