Nazirlərin yay planı: Çoxu hələ də məzuniyyətə çıxmayıb

Nazirlərin yay planı: Çoxu hələ də məzuniyyətə çıxmayıb
  04 İyul 2016    Oxunub:6437
Yay insanlar üçün məzuniyyət fəsli kimi xarakterizə olunur. Əmək Məcəlləsinə görə, hər bir işçinin iş yerinin və vəzifəsinin saxlanılması şərtilə məzuniyyət hüququ var.

Azərbaycanda yüksək post tutan vəzifə sahibləri məzuniyyət şanslarından istifadə edib istirahətə yollanacaqlarmı?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, nazir Oqtay Şirəliyev hələ məzuniyyət çıxmayıb: “Nazir hazırda iş başındadır, hələ məzuniyyətə çıxmayıb. Oqtay müəllimin məzuniyyətə nə vaxt çıxacağını dəqiq deyə bilmərik. Cənab nazir bəzən işlərin çoxluğu ilə əlaqədar məzuniyyətə çıxmır”.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, nazir Şahin Mustafayevin məzuniyyətə çıxmadığını deyib: “Cənab nazirin nə zaman məzuniyyətə çıxacağı bilinmir. Onun bu günə kimi məzuniyyətə çıxdığının şahidi olmamışam”.

Kənd təsərrüfatı naziri Heydər Əsədov yay aylarının olmasına baxmayaraq, hələ də iş başındadır: “Hazırda kənd təsərrüfatı işlərinin qızğın vaxtıdır. Ona görə də nazir məşğuldur. Rayonlarda tədbirlər keçiririk, taxıl biçini gedir, yeni inzibatı binaların açılışı olur. Hər həftə bir rayonda oluruq”.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov: “Nazir Əbülfəs Qarayev məzuniyyətə çıxmayıb. Onun məzuniyyətə çıxacağı vaxtı bilmirik”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevin bildirdiyinə görə, Səlim Müslümov da iş başındadır: “Cənab nazir bu il üçün əmək məzuniyyətə çıxmayıb. Nə vaxt cıxacağı barədə dəqiq məlumata malik deyiləm”.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Priyev nazir Samir Şərifovun məzuniyyətə getmədiyini vurğulayıb.

Vergilər Nazirliyindən verilən məlumata əsasən nazir Fazil Məmmədov bu il istirahət üçün məzuniyyətə çıxmayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti